İspaniya Senatından ermənilərə ZƏRBƏ
Bizi izləyin

Dünya

İspaniya Senatından ermənilərə ZƏRBƏ

İspaniya Senatı 1915-ci il hadisələri ilə bağlı erməni iddialarının yer aldığı qanun layihəsini rədd edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kataloniya bölgəsində fəaliyyət göstərən Entesa adlı siyasi qrupun mayın 4-də təqdim etdiyi qanun layihəsinə yalnız 14 senator dəstək verib, 130-u isə əleyhinə çıxıb.

İqtidarda olan Xalq Partiyası (PP) qanun layihəsinin əleyhinə çıxan yeganə partiya olub. Əsas müxalifət partiyaları isə səsvermədə bitərəf qalıb.

Qanun layihəsinin müzakirələri zamanı çıxış edən PP-dən olan senator Joze Maria Çiquillo qeyd edib ki, onlar özlərini tarixçilərin və ya məhkəmənin yerinə qoymamalıdırlar: “Sizlər 22 ölkənin 1915-ci il hadisələrini soyqırım olaraq tanıdığını deyirsiniz. Mən isə sizə deyirəm ki, 168 ölkə tanımayıb. Buna nə cavab verirsiniz? Bu, tarixi və hüquqi məsələdir”.

O qeyd edib ki, İspaniyanın üzərinə düşən əsas məsələ Türkiyə və Ermənistan arasında qarşılıqlı dialoqa dəstək verməkdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm