“Gözlə, ölkədən çıxsınlar!” - Dövlət çevrilişinin Afrika modeli - SİYAHI
Bizi izləyin

Dünya

“Gözlə, ölkədən çıxsınlar!” - Dövlət çevrilişinin Afrika modeli - SİYAHI

Burundi prezidenti Pyer Nkurunzizanın hərbçilər tərəfindən devrilməsi Afrikadakı bir ənənənin davamı oldu.

Publika.az xəbər verir ki, söhbət dövlət başçıları xarici ölkələrdə səfərdə olarkən hakimiyyətdən uzaqlaşdırılmasıdır.

Burundi lideri çevriliş zamanı qonşu Tanzaniyada keçirilən və Burundidəki vəziyyətin müzakirə olunduğu Şərqi Afrika Cəmiyyətinin sammitində iştirak edirdi. Çevriliş xəbəri gəldikdən sonra Nkurunziza sammiti tərk edərək ölkəsinə dönüb. Ölkənin keçmiş kəşfiyyat rəisi general-mayor Qoudfroyd Niyombare prezidentin iyunun 26-da keçiriləcək seçkilərdə üçüncü müddətə seçilmək üçün namizədliyini irəli sürməsi qərarına görə vəzifədən kənarlaşdırıldığını və keçid hökumətinin formalaşdırıldığını bəyan edib. Nkurunzizanın Tanzaniyadan dönən təyyarəsinin dünən ölkənin hava məkanına daxil olmasına icazə verilməyib. Nkurunziza Tanzaniyaya dönmək məcburiyyətində qalıb.

Afrikada dövlət başçısı və ya baş nazir ölkə xaricinə çıxanda dövlət çevrilişinin həyata keçirilməsinə tez-tez rast gəlinir.

Onlardan bir neçəsini təqdim edirik:

- Nigeriyanın İngiltərədən müstəqilliyini qazandıqdan sonrakı ilk dövlət başçısı Nnamdi Azikive 15 yanvar 1966-cı ildə xaricdə olarkən hakimiyyətdən uzaqlaşdırılıb.

- Qananın keçmiş dövlət başçısı Kvame Nkrumah Çində səfərdə olduğu vaxt general-leytenant Cozef Artur Ankrah tərəfindən devrilib. Nkrumah qonşu Gineyə sığınıb.

- Qananın keçmiş baş naziri Kofu Abrefa Busia İngiltərədə müalicə olunarkən 13 yanvar 1972-ci ildə postundan kənarlaşdırılıb.

- Kral I İdris Türkiyədə müalicəsi olunarkən Liviyanın keçmiş lideri Müəmmər Qaddafi tərəfindən 1 sentyabr 1969-cu ildə devrilib.

- Uqandanın baş naziri Milton Obote 25 yanvar 1971-ci ildə Sinqapurda olarkən İdi Amin tərəfindən postundan uzaqlaşdırılır. İdi Amin dövlət başçısı və silahlı qüvvələrin baş komandanı olur.

- Qambiyanın İngiltərədən müstəqilliyini qazandıqdan sonrakı ilk dövlət başçısı Davda Javara Uels şahzadəsinin toyunda iştirak etmək üçün 1981-ci ildə İngiltərə olarkən dövlət çevrilişinə cəhd edilib. Ancaq Javara hazırkı dövlət başçısı Yahya Jammeh tərəfindən 1994-cü ildə dövlət çevrilişi ilə postundan uzaqlaşdırılıb.

- Mərkəzi Afrika Respublikasının prezidenti Ange-Feliks Patasse qonşu Nigerdə olarkən 15 mart 2003-cü ildə postundan endirilib. Ölkənin rəhbərliyinə xunta lideri Fransua Bozize gəlib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm