350 müsəlman 2 aydır ac-susuz dənizdə saxlanılır - FOTOLAR
Bizi izləyin

Dünya

350 müsəlman 2 aydır ac-susuz dənizdə saxlanılır - FOTOLAR

Tailand hökumətinin ölkəyə daxil olmasına icazə vermədiyi yüzlərlə müsəlman aclıqdan ölmək təhlükəsi qarşısındadır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Myanmanın Arakan bölgəsindən qaçan 350 müsəlman bir gəmidə günlərdir ac və susuz saxlanılır.

Mühərrikinin çalışmadığı və ekipaj heyətin tərk etdiyi gəmidə 50 qadın və 84 uşaq var. Onların arasında xəstələnənlərin və ölənlərin olduğu bildirilir. Arakanlı müsəlmanlar iki aydır dənizdə olduqlarını, ekipaj heyətinin gəmini tərk etməsindən sonra vəziyyətin daha da pisləşdiyini söyləyiblər.

Tailand, İndoneziya və Malayziya immiqrantlarla dolu gəmiləri qəbul etməkdən imtina edir. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, Myanma və Banqladeşi tərk edən təxminən 8 min immiqrant dənizdə köməksiz vəziyyətdədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm