Polislər mülki vətəndaşları amansızcasına döydülər - VİDEO
Bizi izləyin

Dünya

Polislər mülki vətəndaşları amansızcasına döydülər - VİDEO

Xarkov şəhərində polislərin mülki vətəndaşları amansızcasına döyməsi ilə bağlı görüntülər Ukraynada qalmaqal yaradıb.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, daxili işlər nazirinin məsləhətçisi Anton Qeraşenko polislərin cəzalandırılması üçün Xarkov vilayətinin polis müdiri Anatoli Dmitriyevə müraciət etdiyini bildirib.

“Mən sosial şəbəkələrdə yerləşdirilən videoya baxan kimi Xarkov vilayəti Daxili İşlər Şöbəsinin müdiri Anatoli Dmitriyevlə əlaqə saxladım və həmin polislərin dərhal tapılaraq məsuliyyətə cəlb edilməsini tələb etdim”, - Qeraşenka “Facebook” səhifəsində yazıb.

Eyni zamanda Xarkov vilayəti Daxili İşlər Şöbəsindən bildirilib ki, fakt üzrə araşdırmalara başlanılıb. Günahları sübut olunacağı halda, polislər üç ildən səkkiz ilə kimi azadlıqdan məhrum edilə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm