İranın zəngin uşaqlarına şok: “oyuncaq”ları əlindən alındı - FOTO
Bizi izləyin

Dünya

İranın zəngin uşaqlarına şok: “oyuncaq”ları əlindən alındı - FOTO

İranın paytaxtı Tehranda yol hərəkət qaydalarını pozan 850 nəfərin bahalı avtomobili ötən həftə polis tərəfindən müsadirə edilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Tehranın yol polisinin müdiri Teymur Hüseyni jurnalistlərə açıqlamasında deyib.

O, bu cür avtomobilləri təhlükəli idarə edən sürücülərlə mübarizənin davam edəcəyini bildirib.

Bəzi millət vəkilləri son illərdə paytaxt Tehran və digər böyük şəhərlərdə bahalı avtomobillərin artmasına və yollarda yaratdığı təhlükələrə sərt reaksiya verib. Sosial şəbəkələrdə “Rich Kids of Tehran” (“Tehranın zəngin uşaqları”) adlı səhifə vasitəsilə bahalı avtomobillərlə çəkilən fotoşəkillərin paylaşılması son vaxtlar xeyli artıb.

Təxminən bir ay əvvəl iranlı bir gənc və sevgilisi bahalı avtomobillə etdiyi qəza nəticəsində həyatını itirmişdi. Gəncin iranlı bir din xadiminin nəvəsi olması isə məsələni daha da ciddiləşdirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm