Mursi edam ediləcək
Bizi izləyin

Dünya

Mursi edam ediləcək

Misirin keçmiş prezidenti Məhəmməd Mursi edam cəzasına məhkum edilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Mursi dövlət sirlərini başqalarına ötürməkdə ittiham olunub.

Mursidən başqa, aralarında Dünya Müsəlman Alimlər Birliyinin başçısı Yusuf əl-Karadavinin də olduğu 106 nəfərin edamı ilə bağlı qərar rəy alınması üçün Misir baş müftisinə göndərilib.

Xatırladaq ki, Qahirə məhkəməsi aprelin 21-də Məhəmməd Mursini 20 il müddətinə azadlıqdan məhrum edib. O, Fələstinin HƏMAS hərəkatı ilə əlbir olaraq Misir əsgərlərinin və polislərinin öldürülməsində, həbsxanaların yandırılmasında və məhbusların öldürülməsində təqsirkar bilinib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm