ABŞ “Kosmos müharibələri”nə hazırlığa start verdi
Bizi izləyin

Dünya

ABŞ “Kosmos müharibələri”nə hazırlığa start verdi

ABŞ kosmosda potensial hərbi münaqişələrə hazırlaşmağa başlayıb.

Publika.az “The Business Insider” nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın hərbi-hava qüvvələri naziri Debora Li-Ceyms bildirib.

Nazir Amerika peyklərinin Rusiya və Çinin mümkün hücumlarından müdafiəsinin təşkil edilməsi üçün əlavə olaraq 5 milyard dolların ayrılmasını xahiş edib.

“Birləşmiş Ştatlar Rusiya və ya Çinlə hipotetik münaqişəyə hazırlıq çərçivəsində əlavə olaraq 5 milyard dollar ayırmalıdır. Biz anlamalıyıq ki, bizim başımızın üstündəki səmada həmişə sülh oazisi olmayacaq”, - Ceyms Kolorado ştatında keçirilən kosmik simpoziumda bildirib.

ABŞ-da hazırda Rusiya və Çin kosmosda əsas rəqiblər hesab edilir. Vaşinqtonda xəbərdarlıq edirlər ki, təhdidlər GPS (Qlobal Mövqetəyinetmə Sistemi) və peyk əlaqəsi işinin pozulması ilə nəticələnə bilər.

“The Business Insider” nəşrinin yazdığına görə, Amerika Hərbi-Hava Qüvvələrinin narahatlığının əsas səbəblərindən biri Rusiyanin 2014-cü ildə üç telekommunikasiya peyki və kosmik aparatı işə salmasıdır. Sözügedən peyklər və kosmik aparat yerini daha yüksək orbitdən daha aşağıya dəyişdirə, həmçinin başqa obyektlərə yaxınlaşa bilir.

“Bu peyk-qatillər başqa orbital aparatın əsas sistemlərini dağıda, kamikadze kimi onda partlayıcı maddəni yerləşdirə bilər. Biz Yer planetini tərk edərək kosmosa keçəcək bütün mümkün münaqişələrə hazır olmalıyıq”, - Ceyms narahatlığını dilə gətirib.

ABŞ Hərbi-Hava Qüvvələrinin Kosmik komandanlığının başçısı general Con Xaytenin sözlərinə görə, Amerika hərbi kosmik sistemlərinin potensial zəifliyi haqqında informasiyanı artıq prezidentə çatdırılıb. Barak Obama administrasiyasının kosmos müharibələrinə hazırlıq çərçivəsində 2016-cı ildə təxminən 5 milyard dollar ayıracağı gözlənilir.

Xayten qeyd edir ki, ayrılacaq 5 milyard dolların təxminən yarısı məxfi proqramlara xərclənəcək. Vəsaitin qalan hissəsi yerüstü stansiyalar və situativ məlumat sistemlərinin işinin yaxşılaşdırılmasına sərf olunacaq. ABŞ bundan başqa, 2019-cu ilə kimi “kosmik çəpər” adlanan sistemin yaradılmasını planlaşdırılır. “Kosmik çəpər” kosmik obyektlər və onların hissələrinin aşkar edilməsi üçün yerüstü radar şəbəkəsini təşkil edəcək.

Xatırladaq ki, ABŞ 2014-cü ilin iyulunda iki GSSAP kəşfiyyat peyki ilə 4 ədəd “Delta” raket-daşıyıcını kosmosa buraxıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm