Prospektlərdən birinə İŞİD liderinin adı verildi - FOTO
Bizi izləyin

Dünya

Prospektlərdən birinə İŞİD liderinin adı verildi - FOTO

İŞİD terror təşkilatı İraqın Mosul şəhərində məscid, küçə və prospektlərin adlarını dəyişdirir.

Publika.az xəbər verir ki, bu barədə “rudaw.net” saytına danışan Kürdüstan Demokrat Partiyasının (KDP) Mosuldakı nümayəndələrindən olan İsmət Rəcəb bildirib.

Onun sözlərinə görə, İŞİD xalqı təhdid edərək əvvəlki adlardan istifadə edənlərin cəzalandırılacağını bəyan edib. KDP nümayəndəsi prospektlərdən birinə İŞİD lideri Əbubəkr Əl-Bağdadinin adının verildiyini deyib.

Qeyd edək ki, İraqın Bağdaddan sonra ən böyük şəhəri olan Mosul ötən ilin iyun ayından İŞİD-in nəzarətindədir. Ninova vilayətinin inzibati mərkəzi olan Mosul İŞİD-n İraqdakı mərkəzidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm