UNESCO qədim Palmir şəhərini xilas etmək üçün kömək istəyir
Bizi izləyin

Dünya

UNESCO qədim Palmir şəhərini xilas etmək üçün kömək istəyir

Suriyanın Palmir şəhəri dünyanın ən qədim və ən gözəl tarixi abidəsi kimi UNESCO tərəfindən Bəşəriyyətin Ümumdünya Mədəni İrs Siyahısına daxil edilib.

Xalqın tarixi mirası olan şəhərin tarixi abidələri İŞİD terrorçularının təhlükəsinə məruz qalmaqdadır. UNESCO onların şəhərin bir kilometrliyinə qədər yaxınlaşması barədə həyəcan təbili çalmağa başlayıb. Radikal düşüncəli terrorçuların İraqda Numrud və Hotra kimi tarixi inciləri və dəyərləri dağıtdıqları heç kimin yadından çıxmayıb. Onların qədim Palmir şəhərinin abidələrini də yerlə-yeksan edəcəkləri şəkk-şübhə doğurmur.

UNESCO-nun baş direktoru İrina Bokova yaranmış vəziyyətlə bağlı aldığı yeni həyəcanlı xəbərlərdən narahatlıq keçirdiyini bəyan edib. Baş direktor tərəfləri xalqın tarixini və qədim mədəniyyətini özündə əks etdirən Palmir şəhərinə qarşı hər cür hərbi əməliyyatları dayandırmağa çağırıb. İrina Bokova Suriyada gedən vətəndaş müharibəsi zamanı şəhərin möhtəşəm sütünlarının raket atəşləri nəticəsində artıq ciddi şəkildə zədələndiklərini bildirib və bunu bəşəriyyətin mədəni irsinə qarşı barbar hərəkət kimi qətiyyətlə pisləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm