Məcburən ərə verilən 14 yaşlı qızdan dəhşətli əməl - FOTOLAR
Bizi izləyin

Dünya

Məcburən ərə verilən 14 yaşlı qızdan dəhşətli əməl - FOTOLAR

Türkiyənin Tokat əyalətində Fadimə Doğan adlı qız evlənməmək üçün üzünü parçalayıb.

Fadimə hələ 14 yaşında olarkən ailəsi onu yaşlı bir adama ərə vermək istəyib. Lakin o etiraz edib, oxumaq istədiyini deyib. Ailəsi isə onu dinləməyib. Tək çarəni özünü öldürməkdə görən Fadimə tüfənglə üzünə atəş açıb. Çənəsi dağılan qızı xəstəxanaya aparıblar. 15 gün sonra evə buraxılan qıza ailəsi yenə təzyiq göstərməyə başlayıb.

Onlar 14 yaşlı qızın başqa bir oğlana görə intihar etmək istədiyini düşünüblər. Buna görə valideynləri onu acılayır, atası hətta döyürdü də. Bu zülmə dözə bilməyən qız 15 yaşında olarkən xalasının yanına gedib.

20-dən çox əməliyyat keçirən Fadimə öz xahişi ilə fiziki qüsurlu insanlar üçün olan mərkəzə yerləşdirilib. İndi 21 yaşı olan Fadimə Tokat əyalətinin rəsmi şəxslərinin köməyilə öz müalicəsini davam etdirir. Müayinə və müalicədən sonra isə gənc qıza üz nəqli ediləcək.

"Məni intihara sövq edən ailəmin mənə olan təzyiqi və atamın döyməsi olub. İndiki ağlım olsaydı, heç vaxt canıma qıymazdım. Yaşamaqdan daha gözəl heç nə yoxdur. Mən indi təhsilimi bitirib iş tapmaq, öz ehtiyaclarımı ödəmək, təhsil alıb insanlara və ölkəmə faydalı olmaq istəyirəm", - deyən Fadimə Doğan yeni üzünə qovuşacağı günü səbirsizliklə gözləyir.(ans)



Oxumağa davam et
Reklam
Reklam

Gündəm