Amerikalı tarixçi: “Erməni millətçilərinin üç məqsədi var”
Bizi izləyin

Dünya

Amerikalı tarixçi: “Erməni millətçilərinin üç məqsədi var”

Amerikalı tarixçi alim Justin Makkarti qondarma erməni soyqırımı ilə bağlı açıqlamalar verib.

Publika.az “Anadolu” informasiya agentliyinə istinadən xəbər verir ki, Osmanlı imperiyasının son dövrü üzrə mütəxəssis olan Makkarti bəzən güclü olmaqla yanaşı, yüksək səslə danışmağın da vacib olduğunu deyib.

Makkarti “Amerikada türk obrazı” və “Osmanlı türkləri 1281-ci ildən 1923-cü ilə kimi” kitablarının türkcəyə tərcüməsinin təqdimatının keçirildiyi Taksimdəki bir oteldə təşkil edilən konfransda çıxış edib. O, türklərin güclü, şərəf anlayışına sahib və şikayət etməyən insanlar olduğunu deyib. “Türkü incitsən iki şey edər, ya səni hesaba almaz, ya da sərt cavab verər”, - o bildirib.

Amerikalı tarixçi ermənilərin 1 milyon türkü evlərindən qovduğunu, Van vilayətindəki müsəlmanların üçdə ikisini qətl etdiyini söyləyib.

“Erməni millətçilərin 3 məqsədi var. Birincisi, Türkiyə tərəfindən soyqırımın tanınmasını, ikincisi, Türkiyənin 80 milyard dollardan çox bir təzminat ödəməsini, üçüncüsü isə Ərzurum, Bitlis, Van, Trabzon və Tuncelinin daxil olduğu ərazinin Ermənistana verilməsini istəyirlər. Türkiyədən tələb edilən torpaqlarda bütün dünyadakı erməni əhalisindən iki dəfə çox müsəlman yaşayır. Demokratiya bir səs qanunu vardır. Sözügedən torpaqlarda yeni bir Ermənistan yaratmağın tək yolu da müsəlmanları qovmaq, ya da öldürmək ola bilər. Başqa yol yoxdur. Erməni millətçiləri dürüst olsalar, əsl istəklərinin də bunlar olduğunu qəbul edəcəklər”, - amerikalı tarixçi dilə gətirib.

O, erməni məsələsinin ABŞ-da müzakirə edilməsinin də çox çətin olduğunu vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm