• USD 1,7000 0,00% EUR 1,8352 0,00%
    • GBP 2,1921 0,00% RUB 0,0265 0,00%

Türkiyədə partiya qərargahında 2 partlayış – SON DƏQİQƏ/VİDEO

  • Dünya
  • 18 May 2015 14:05
  • 846 Baxış
Türkiyədə partiya qərargahında 2 partlayış – SON DƏQİQƏ/VİDEO

Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) Adana və Mersin vilayətlərindəki qərargahlarında partlayış baş verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, eyni dəqiqələrdə baş verən partlayışlarda ilkin məlumatlara görə, 3 nəfər yaralanıb.

HDP-nin Adanadakı qərargahından verilən məlumata görə, partlayış qərargaha göndərilən paketin partlaması nəticəsində baş verib. Mersində isə dünən göndərilən çiçək buketi bu gün açılanda partlayış olub.

HDP-nin həmsədri Səlahəddin Demirtaş bu gün Mersin şəhərində seçki mitinqi keçirməli idi.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR