Qadın polisə toxunduğuna görə həbs edildi
Bizi izləyin

Dünya

Qadın polisə toxunduğuna görə həbs edildi

Dubayda Qazaxıstan sakini qadın polisə toxunduğu üçün həbs edilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Qazaxıstan vətəndaşı ticarət mərkəzinə gedən yolu soruşmaq üçün metro stansiyasında dayanan polisə yaxınlaşıb. Qadın polis işçisinin başı qarışdığı üçün qazaxıstanlı diqqəti cəlb etmək üçün ona toxunmalı olub.

Polis əməkdaşı deyib: “O, mənim çiynimə toxunanda mən başqa bir kəslə danışırdım. O, məndən ticarət mərkəzinə aparan yolu soruşdu və mən ona yolu göstərdim. Mən ondan nəyə görə mənə toxunduğunu soruşdum. O, isə öz dilində mənə nəsə dedi”.

Qazaxıstan sakini qadına yenidən toxunmağa cəhd göstərərkən kənarda dayanan polis əməkdaşları bunu görüb. Qadının köməyinə gələn polis əməkdaşlarına müqavimət göstərdiyi üçün kişi saxlanılıb.

Onu 6 aya kimi həbs cəzası gözləyir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm