Albaniya Ərdoğanın Gülənlə bağlı tələbinə rədd cavabı verdi
Bizi izləyin

Dünya

Albaniya Ərdoğanın Gülənlə bağlı tələbinə rədd cavabı verdi

Albaniya Türkiyənin Gülən məktəbləri ilə əlaqədar tələblərinə müsbət cavab verməyib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Albaniya prezidenti Buyar Nişani dünən canlı efirdə bildirib.

Albaniya prezidenti Gülən məktəbləri ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın tələblərinə “Gülən məktəbləri nə Albaniya, nə də Türkiyə üçün təhdid təşkil edir” şəklində cavabını verdiyini deyib.

Ərdoğanın “paralel dövlət”i bir terror təşkilatı olaraq qəbul etməsini şərh edən Albaniya prezidenti ölkəsində belə bir terror təşkilatının olmadığını deyib.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan ötən həftə Albaniyaya səfər edib. Ərdoğanın həmkarı ilə danışıqlarında Gülən hərəkatının bu ölkədəki fəaliyyətinin də müzakirə edildiyi bildirilir. Albaniyanın xarici işlər naziri Sajmir Tahiri dünən Ərdoğanın onlardan “siyasi” bir tələb etdiyini və ona müvafiq cavab verildiyini söyləyib. Albaniya prezidenti isə Tirananın Gülən məktəbləri ilə bağlı mövqeyini canlı efirdə səsləndirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm