Rusiyalı admiral: “Türkiyə donanması bizdən 5 dəfə güclüdür”
Bizi izləyin

Dünya

Rusiyalı admiral: “Türkiyə donanması bizdən 5 dəfə güclüdür”

Türkiyə hərbi dəniz qüvvələri Rusiyaya nisbətən 5 dəfə güclüdür.

Türkiyə hərbi dəniz qüvvələri Rusiyaya nisbətən 5 dəfə güclüdür.

Bu barədə Dövlət Dumasının üzvü, admiral Vladimir Komoyedov məlumat verib. Qara Dəniz donanmasının keçmiş komandanı olmuş Komoyedov bildirib ki, Rusiya hökuməti təcili olaraq hərbi dəniz qoşun bölmələrinin modernləşməsi istiqamətində addımlar atmalıdır.

Müəyyən nümunələr gətirən admiral təkcə Qara və Baltik dənizlərində NATO ölkələrinin hərbi dəniz qüvvələrinin ölkəsindən bu istiqamətdə 20 dəfə üstün olduğunu vurğulayıb. Türkiyə isə ayrılıqda Qara dənizdə toplum Ukrayna və Rusiya hərbi dəniz qüvvələrindən 4,7 dəfə üstündür.

Maraqlıdır ki, aparılan sorğu nətisəndə yüksək ranqlı rus hərbçiləri admiral Komoyedovun fikirləri ilə razılaşıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm