Əsgər anaları İrəvanda etiraza başladı - VİDEO
Bizi izləyin

Dünya

Əsgər anaları İrəvanda etiraza başladı - VİDEO

Bu gün İrəvanda Ermənistan prezidentinin iqamətgahı qarşısında etiraz aksiyası keçirilib.

ANS TV-nin Ermənistan kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, aksiyada 100 nəfər iştirak edib.

Aksiya “Hər əsgər - mənim oğlumdur!”, “Qətllərin ədalətli istintaqını tələb edirik!”, “Əsgəri qorumaq lazımdır!”, “Ordu - ətçəkən” şüarları ilə keçirilib.

İştirakçılar qeyri-müharibə şəraitində ölmüş əsgərlərin analarına qarşı polislərin güc tətbiq etməsini pisləyiblər.

Nümayişçilər xüsusi istintaq komitəsini zor tətbiq etmiş polisləri məsuliyyətə cəlb etməyə çağırıblar və hökümətə qarşı şüarlar səsləndiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm