Dünya
Həsən Ruhani Təbrizə səfər edib
İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Şərqi Azərbaycan vilayətinin inzibati mərkəzi olan Təbriz şəhərinə səfər edib.
Şəhər ictimaiyyəti qarşısında çıxış edən Həsən Ruhani qeyd edib ki, regionda təhlükəsizliyin təmin olunması üçün İran qonşu dövlətlərlə əməkdaşlıq edəcək və zəruri tədbirləri həyata keçirəcək.
İranın nüvə proqramına dair Qərb dövlətləri ilə aparılan danışıqlara münasibət bildirən Prezident deyib ki, rəsmi Tehran danışıqları müsbət nəticələrin əldə olunmasına qədər davam etdirəcək. Əgər Qərb dövlətləri məntiqli tələblər irəli sürsələr və müzakirələr konstruktiv olsa tərəflər üçün yaxşı razılaşma ola bilər.
Həsən Ruhani onu da nəzərə çatdırıb ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi müəyyən iqtisadi problemlər yaratsa da, hökumət nüvə danışıqları ilə yanaşı, ölkə iqtisadiyyatının inkişaf etdirilməsi üçün də tədbirlər görür.
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır