Sabiq nazirlərin toxunulmazlığı ləğv edilir
Bizi izləyin

Dünya

Sabiq nazirlərin toxunulmazlığı ləğv edilir

Sabiq nazirlərin toxunulmazlığı ləğv edilir

İstanbul prokurorluğu rüşvət qalmaqalında adları hallanan sabiq nazirlərin - daxili işlər naziri Müəmmər Gülər, iqtisadiyyat naziri Zəfər Çağlayan, Avropa İttifaqı işləri üzrə nazir Egemen Bağış və şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın toxunulmazlığının ləğvi üçün parlamentə müraciət edib.


AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müraciət fevral ayının 28-də Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilib.


Qeyd edək ki, Türkiyədə keçirilən 17 dekabr olaylarında korrupsiya qalmaqalında iqtisadiyyat naziri Zəfər Çağlayan, Avropa İttifaqı işləri üzrə nazir Egemen Bağış, daxili işlər naziri Müəmmər Gülər və şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın adı hallanırdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm