Moskvanın “elçiləri” Riqadan əliboş qayıdır
Bizi izləyin

Dünya

Moskvanın “elçiləri” Riqadan əliboş qayıdır

Riqada Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” sammitinin bəyannaməsi qəbul edilib.

Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Litva prezidenti Dalya Qribauskayte bildirib.

Dövlət başçısı sənəddə “Krımın zəbt edilməsi” ifadəsinin yer alması barədə jurnalistlərin sualına bu şəkildə cavab verib: “Bunsuz bəyannamə qəbul edilə bilməzdi”.

Halbuki, dünən yayılan məlumata görə, İrəvan və Minsk “Şərq Tərəfdaşlığı” sammitinin yekun bəyannaməsini imzalamaqdan imtina edib. İrəvan və Minskin qərarının yekun bəyannamədə Krımın Rusiya tərəfindən zəbt edilməsinin əksini tapması ilə bağlı olduğu bildirilirdi. “Reuters”in məlumatında deyilirdi ki, Minsk və İrəvanın mövqeyinə görə, bəyannamənin güzəştli variantı hazırlanacaq.

Diplomatik mənbə RİA agentliyinə bildirib ki, Riqada bu məsələ üzrə əlavə məsləhətləşmələr aparılıb. Mənbə qeyd edib ki, Avropa Birliyi yekun bəyannamədən “Krımın zəbt edilməsi” ifadəsinin çıxarılmasına hazır deyil. Güzəşt olaraq sənədin mətnində Belarus və Ermənistanın bu məsələ ilə bağlı mövqeyinin ayrı bənddə yazılması təklif olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm