“Türk axını” 2017-ci ildən sonraya qaldı
Bizi izləyin

Dünya

“Türk axını” 2017-ci ildən sonraya qaldı

“Türk axını” boru kəməri 2017-ci ildən sonra istismara verilə bilər.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Rusiyadakı səfiri Ümid Yardım deyib.

Qeyd edək ki, bundan əvvəl “Qazprom” rəhbəri Aleksey Miller layihənin 2016-cı ilin dekabrında başa çatacağını açıqlamışdı.

Türkiyə səfiri isə Ankara və Moskva arasında layihənin hələ başlanğıc mərhələsi ilə bağlı razılıq olmadığını bildirib: “Yəqin ki, boru kəmərinin istismara verilmə tarixi kimi 2016, yaxud 2017-ci il olması haqda konkret, və ya yanlış deyə bəhs edə bilmərik. Lakin bu layihənin uğurla reallaşdırılması Türkiyə və Rusiya üçün böyük qələbə ola bilər”.

Səfir onu da bildirib ki, hazırda “Türk axını” üzrə iki ölkə arasında konkret müqavilə yoxdur: “Bu ikitərəfli niyyətdir”

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm