Dünya gözəlinin acı sonu - FOTOLAR
Bizi izləyin

Dünya

Dünya gözəlinin acı sonu - FOTOLAR

1973-cü ildə dünya gözəli seçilən qadının sonu acı olub.

"Miss Venesuella" seçilən Damaris Ruiz həyatının son 15 ilini küçələrdə keçirib. Onun meyiti paytaxt Karaakasdakı parklardan birində tapılıb.

Bir zaman ölkəsinin ən məşhur siması olan Ruizin cəsədindən yaxınları belə imtina ediblər. Belə ki, polis meyiti təsdiqləmək üçün onun yaxınlarını morqa dəvət ediblər. Lakin onlar gəlməkdən imtina ediblər.

Keçmiş gözəllik kraliçası hüquq sahəsində təhsil alıb. 26 yaşında ölkənin ən gözəl qızı seçilib. Ölkəsində məşhurlaşa bilsə də, xaricdə özünü tanıda bilməyib. O, məzun olduğu sahədə çalışmaq istəməyib. Evdə zinət əşyaları düzəldərək satıb.

Şəxsi həyatında da uzun müddətli münasibəti olmayan Ruiz qardaşı ilə birlikdə yaşayıb. Lakin gözəllik kraliçasının dostları qardaşının onu qısqandığını, ac saxladığını deyiblər.

Qadın 2005-ci ildə dostlarının dediklərini təsdiqləmişdi. "Qardaşım məni ac qoyur, döyürdü. Tez-tez hədələyirdi. Polisə xəbər versəm də heç nə etmədilər".

2000-ci ildə o əzab-əziyyətə dözməyərək evdən ayrılıb və küçələrdə yaşamağa başlayıb. (ans)


Oxumağa davam et
Reklam
Reklam

Gündəm