“Hizbullah” səfərbərlik elan edir
Bizi izləyin

Dünya

“Hizbullah” səfərbərlik elan edir

“Hizbullah” səfərbərlik elan etməyə hazırlaşır.

Publika.az xəbər verir ki, Hizbullah lideri Hasan Nəsrullah Suriyada savaşmaqlarının səbəblərini açıqlayıb.

Onun sözlərinə görə, Hizbullah Suriyada savaşmasaydı, müharibə Livana sıçrayacaq: “Hələb, Humus və Şamda savaşmayasaydıq, Baalbek, Əl-Hermel, Əl-Qaziyyə, Sayda, Sur, Ən-Nebatiyyə və Livanın digər şəhərləri və kəndlərində müharibə aparmaq məcburiyyətində qalacaqdıq”.

Nəsrullah hazırda təşkilatın daha güclü olduğunu bildirib: “Ya savaşacağıq, ya da öləcəyik. Biz savaşacağıq, istəyən gəlsin, istəməyən yox. Savaşanların yarısı həyatını itirsə belə bu, qalanların şərəfli və qürurlu yaşaması deməkdir. Heç kimdən qorxmadan hər şeydə savaşacağıq. Gələcək dönəmdə səfərbərlik elan edə bilərik. Biz Suriyada döyüşürük, yenə də döyüşəcəyik. Bundan sonra susmayacağıq”,

Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm