Dünya
“General Motors” korporasiyasını tarixin ən böyük cəriməsi gözləyir
ABŞ-ın Ədliyyə Nazirliyi istehsal etdiyi avtomobillərin nasazlığı barədə məlumatı gizlədən avtomobil nəhəngi – “General Motors” korporasiyasının əməlində cinayət tərkibi aşkar edib. Şirkətin bu biganəliyi nəticəsində baş verən qəzalarda azı 104 nəfər həyatını itirib. “New York Times” qəzeti korporasiyanı tarixin ən iri cəriməsinin gözlədiyi barədə məlumat yayıb.
AZƏRTAC İnterfax informasiya agentliyinə istinadla xəbər verir ki, hökumətlə “General Motors” arasında bu məsələyə dair razılaşmanın yay aylarında baş tutacağı gözlənilir. Avtomobil istehsalçısının ödəyəcəyi cərimənin miqdarı açıqlanmasa da, bəzi məlumatlara görə o, keçən il “Toyota” şirkətinin ödədiyi 1,2 milyard dollarlıq rekord cəriməni keçə bilər.
Hazırda “General Motors” “Toyota”dan fərqli olaraq istintaqla aktiv əməkdaşlıq edir və bu səbəbdən də onun cəzasının bir qədər yumşalacağı ehtimal olunur.
Sözü gedən nasazlıq hərəkət zamanı mühərrikin qəfildən sönməsinə gətirib çıxarırdı ki, bu da əyləc sisteminin sıradan çıxması və təhlükəsizlik qurğularının işləməməsi ilə nəticələnirdi. Şirkətin milyonlarla avtomobilini geri çağırılması ilə müşayiət edilən miqyaslı kampaniya yalnız 2014-cü ilin fevral ayında başlayıb. Lakin təhqiqatın fikrincə, korporasiya bu problem barədə həmin kampaniyadan xeyli əvvəl məlumatlı olub.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...