Dünya
Yoxsul əhali İrəvanın mərkəzindən çıxarılır
İrəvanın mərkəzində yerləşən Şimal prospektində yerləşən
binaların ərazisi hökumət zonası elan edilib və sakinlərdən
mənzilləri tərk etmək tələb edilir.
ANS PRESS-in məlumatına görə, hakim “Qarabağ klanı”na məxsus iş
adamı Samvel Mayrapetyana məxsus “Lokal developers” şirkəti
boşaldılmış ərazidə elit mənzillər inşa etmək niyyətindədir. Şirkət
ərazidə yaşayan əhalini məhkəməyə verərək evləri tərk etmələrini
istəyir.
Sakinlər isə iş adamının evlərə çox aşağı qiymət qoymasından
şikayətlənirlər. Onların dediyinə görə. qarabağlı iş adamları
evlərə real qiymətdən 2,5 dəfə ucuz qiymət təklif edirlər. “Lokal
developers” şirkəti sakinlərə qarşı 20-dən artıq cinayət işi
qaldırıb.
Prospekt hələ Robert Koçaryanın zamanında dövlət əhəmiyyətli zona
sayılıb və bütün tarixi binalar sökülüb. Hazırda “Qarabağ” klanı
sakinlərin əlindən son binanı almaq istəyir.
Bu, “Qarabağ klanı”nın Ermənistandan yerli əhalini didərgin salmaq
üçün gerçəkləşdirdiyi prosedurlardan biridir. Hakim klan bu
fikirdədir ki, yerli əhali ölkədə nə qədər az olarsa, Ermənistanı
bir o qədər rahat idarə etmək mümkün olacaq.
Hazırda “Qarabağ klanı” qurduğu supermarket şəbəkəsi vasitəsi ilə
erməni əmək miqrantlarının ailələri üçün göndərdiyi vəsaitlərin
böyük hissəsini ələ keçirir. Mənzil tikintisi isə bu vəsaitlərin
“Qarabağ klanı”nın əlinə tam keçməsi üçün düşünülmüş son
variantdır.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!