Şimali Koreya hərbi düşərgələr qurur
Bizi izləyin

Dünya

Şimali Koreya hərbi düşərgələr qurur

Cənubi Koreya hərbi mənbələri Şimali Koreyanın Sarı dənizdəki adalarda hərbi düşərgələr qurduğunu iddia edib.

Axar.az-ın məlumatına görə, rəsmilər Şimali Koreya ilə Cənubi Koreya arasında de-fakto dəniz sərhəd xəttindəki Qal adasında Şimali Koreya beş hərbi düşərgə qurduğunu bildirib. Hadisələri yaxından izləyən, lakin adı açıqlanmayan Cənubi Koreyanın yüksək rütbəli zabiti yeni qurulan düşərgələrə 122 mm diametrində raket komplekslərinin yerləşdiriləcəyini açıqlayıb.

Xatırladaq ki, 2010-ci ildə Ş.Koreya tərəfindən Qal adasına açılan top atəşi nəticəsində 4 nəfər həlak olmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm