Pentaqon ölümcül virus yayıb
Bizi izləyin

Dünya

Pentaqon ölümcül virus yayıb

ABŞ ordusu 9 ştatda kommersiya laboratoriyalarına və Cənubi Koreyada yerləşən hərbi laboratoriyaya səhvən öldürücü bakteriyalar göndərib.

Publika.az-ın məlumatına görə, Pentaqonun göndərdiyi bakteryalara görə, 20-dən çox insan qarayaradan profilaktiki müalicə alır.

Rəsmilər bildirib ki, ABŞ-da dörd laboratoriya işçisi və Seulun yaxınlığında yerləşən Osan hərbi hava bazasının 22 nəfərlik heyətinin Yutadan göndərilən qarayara bakteriyasına yoluxduqları güman edilir.

Canlı qarayara bakteriyalarını qəbul edən laboratoriyalar Kaliforniya, Delaueyr, Merilend, Nyu-Cersi, Nyu-York, Texas, Virciniya, Tennesi və Viskonsində yerləşir.

Pentaqon sözçüsü bildirib ki, laboratoriya işçilərinin infeksiyaya yoluxma halları təsdiq olunmayıb.

Pentaqon ABŞ-IN Xəstəliklərə Nəzarət Mərkəzinin təhqiqatı bitənədək qarayara bakteriyalarının göndərilməsinin dayandırılacağını bildirib.

Erkən müalicə olunmazsa, canlı qarayara bakteriyası ilə təmas ölümcül ola bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm