Məşhur boksçu hava hücumu zamanı öldü
Bizi izləyin

Dünya

Məşhur boksçu hava hücumu zamanı öldü

Birinci roundda nokautların sayına görə dünya rekorduna imza atan peşəkar yəmənli boksçu Ali Raymi hava hücumları zamanı həlak olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur boksçunun ölüm xəbərini meneceri Feliks Arno Amerika saytlarının birində deyib.

41 yaşlı boksçu “ərəb koalisiyasının” hərbi hava qüvvələrinin Yəmənin paytaxtı Səna şəhərini bombalaması nəticəsində həlak olub. Hadisə mayın 23-ü baş versə də, onun ölüm xəbəri indi verilib.

“Təəssüf ki, bu həqiqətdir”-Ali Rayminin meneceri təsdiqləyib.

Qeyd edək ki, Raymi 2013 və 2014-cü illərdə birinci roundda rəqibini nokauta saldığına görə rekorda imza atıb. Onun hesabında 25 qələbə, sıfır məğlubiyyət sayı olub.

Dünya Boks Assosiasiyasında isə Raymi 6-cı yerdə qərarlaşıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm