Dünya
Bu yerləri görmədən ölməyin - FOTOLAR
ABŞ-ın məşhur səyahət jurnallarından biri Avropanın ən gözəl yerlərinin siyahısını və bu yerlərdə nələr edilə biləcəyini açıqlayıb.
Publika.az “Conde Nast Travel” jurnalına istinadən həmin məlumatı təqdim edir. Jurnalda “sadalanan bu yerləri görmədən ölməyin” deyə qeyd də verilib.
Mykonos, Santori bir çoxları üçün çox tanınmış yerlər olsa da, Egey dənizində alternativ olaraq onlarla ada təqdim edilir. Burada çoxlu restoran və gecə klubları yoxdur. Amma sizinlə maraqlı söhbət edəcək balıqçı, tənha sahil, üzərək gedə biləcəyiniz mağara və kiçik restoran tapa bilərsiniz.
Bura Avropanın qurtardığı yer, Portuqaliyanın cənubunda yerləşən San-Vicente burnudur. Portuqaliyadan yeni dünyaya səyahət edən kəşfiyyatçılar üçün bu sahildəki fənər köhnə olan hər şeyin sonu demək idi. San-Vicente adrenalin həvəskarlarının 5 metrlik dalğalarla mübarizə apardığı məkandır. Təbiət sevənlər dovşancıl qartal və bir çox nadir quş növlərini görə bilər.
Qitənin ən ləzzətli ilbizlərini yeyə biləcəyiniz məkan Xorvatiyadır. Ölkənin ən az tanınmış bölgəsi Peljecas Yarımadası, xüsusən də Ston Koyuna getmək lazımdır. Burada 13-cü əsrdən qalma qəsəbə, balıqçı nəsilləri, Roma dövründən bu günə qədər ilbiz istehsalı ilə məşğul olan fermalarla tanış olacaqsınız.
Hollandiya isə Amsterdamla nə qədər öyünsə azdır. Mərkəzi hissəsindəki kanalları, səhərə qədər davam edən gecə həyatı, hər zövqə xitab edən mədəniyyət nümunələri ilə sanki nağıllar aləmidir. Bu şəhərə gedəndə Van Qoq muzeyində vaxt itirməkdənsə, sürprizlərlə zəngin Şəhər muzeyinə gedin. Romantik insanlar üçün məsləhət: kanallarda hərəkət edən gəmilərə isə gecə minin. Şamları isə gəmi sahibləri verəcək.
Türkiyənin Kapalıçarşı adlandırılan məkanı da jurnalın siyahısına daxil olub. Əgər burada işləmirsinizsə, asanlıqla aza bilərsiniz. Bir-iki dəfə bu bazarda olmaq belə tanımaq üçün yetərli deyil. 600 illik bazarda alıcılar üçün çeşidlər müxtəlif olduğundan, hər kəs özünə uyğun bir şey tapa bilər.
Gülxar
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO