Finlandiya kanalı Moskvanın gizli “qara siyahı”sını açıqladı
Bizi izləyin

Dünya

Finlandiya kanalı Moskvanın gizli “qara siyahı”sını açıqladı

Finlandiyanın “Yle” telekanalı Moskva tərəfindən hazırlanan və Avropa Birliyinin məmurlarının daxil edildiyi “qara siyahı”nı dərc edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, “qara siyahı”ya daxil edilən avropalı məmurların Rusiyaya girişi qadağan olunub.

Moskva siyahını rəsmən elan etməyib. Eyni zamanda Finlandiya kanalının dərc etdiyi sənədin mötəbərliyi hələ təsdiq edilməyib. Siyahıda 89 şəxsin adı var.

Rusiyanın “qara siyahı”sı Krımın ilhaqından sonra Avropa Birliyinin qəbul etdiyi sanksiyalara simmetrik cavabdır. Avropa Birliyi bu həftə Moskvadan xahiş edib ki, Rusiyaya girişi qadağan edilən şəxslərin adı açıqlansın və onlar yalnız Rusiya sərhədində bundan xəbər tutmasınlar. “Kommersant”ın yazdığına görə, Moskva siyahını açıqlamağa hazır olduğunu bildirib. Ancaq bundan əvvəl Finlandiya kanalı siyahını PDF formatında televiziya şirkətinin saytında dərc edib.

Rusiyanın “qara siyahı”sında olan 89 fiqurant Avropa Parlamenti və Avropa Birliyi ölkələrinin qanunverici orqanlarının üzvləri, yüksək vəzifəli hərbçilər, kəşfiyyat strukturlarının əməkdaşları və ictimai xadimlərdir. Onların əksəriyyəti Baltikyanı ölkələri, Polşa, İsveç və Böyük Britaniyanın vətəndaşlarıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm