Britaniyada geriləmə: ikiallahlılıq
Bizi izləyin

Dünya

Britaniyada geriləmə: ikiallahlılıq

Böyük Britaniyanın Anqlikan kilsəsinin keşişi Emma Persi “qadın Allah”la danışmağı təklif edib.

Publika.az xəbər verir ki, bu barədə “The Daily Express” nəşri bildirib.

“The Daily Express” qeyd edir ki, Emma Persi kilsədə gender bərabərliyi üçün mübarizə aparan “Watch” təşkilatının üzvüdür.

“Biz Allah haqqında danışanda güman edirik ki, kişilər Allaha daha çox oxşayır, nəinki qadınlar. Əgər biz kişilər və qadınların Allah obrazında yaradıldığını deyiriksə, o halda onu həm kişi, həm də qadın cinsində adlandırmaq lazımdır”, - Persi deyib.

“Watch” təşkilatının rəhbəri Hillari Kotton bildirib ki, Persinin təklifi Anqlikan kilsəsində yüksək səviyyədə müzakirə edilir. O, qeyd edib ki, ruhanilər artıq dişiləşdirilmiş liturqiyalar üzərində işləyirlər. “Biz ibadətin dilinin dəyişdirilməsi ilə bağlı müzakirələr aparırıq. Bu çətin məsələdir, yekun qərar üçün illər lazım olacaq”, - Kotton deyib.

Anqlikan kilsəsinin mətbuat katibi bildirib ki, ibadətlərdə istənilən dəyişikliklər üçün Baş sinodun razılığı tələb edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm