Krım türklərinin lideri: “Türkiyə bizə söz verib...”
Bizi izləyin

Dünya

Krım türklərinin lideri: “Türkiyə bizə söz verib...”

“Krım tatarlarına təhlükə yaransa, Türkiyə köməyimizə birinci gələcək”. musavat.com-un UNİAN-a istinadən verdiyi xəbərə görə, bu sözləri Krım Tatar Məclisinin keçmiş sədri, Ali Radanın deputatı Mustafa Krımoğlu deyib.

“Krım tatarlarına təhlükə yaransa, Türkiyə köməyimizə birinci gələcək”. Bu sözləri Krım Tatar Məclisinin keçmiş sədri, Ali Radanın deputatı Mustafa Krımoğlu deyib.

Bu gün keçirdiyi brifinqdə o, deyib: “Bir neçə gün öncə mənimlə görüşdə Türkiyənin xarici işlər naziri Əhməd Dvudoğlu bildirdi: “Qəti şübhə eləməyin, Krım tatarlarına təhlükə olarsa, Türkiyə sizin köməyinizə birinci gələcək”. Dünən Ankarada Krım-tatar diasporunun mitinqləri keçirilib, bu gün isə İstanbulda və başqa şəhərlərdə mitinqlər olacaq. Onlar tələb edirlər ki, Türkiyə Krım tatarlarına kömək üçün əlindən gələni eləsin”. /Musavat/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm