Amerika qırıcıları Rusiya sərhəddində
Bizi izləyin

Dünya

Amerika qırıcıları Rusiya sərhəddində

Pentaqon Rusiya sərhəddinə qırıcı təyyarələr göndərir

Ukrayna böhranının davam etdiyi bir vaxtda ABŞ Müdafiə Nazirliyi Baltikyanı respublikalarda qırıcı təyyərələrin sayınınn artırılması barədə qərar qəbul edib.Publika.Az –ın “Röyters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Pentaqondakı anonim mənbə danışıb.

Mənbənin məlumatına görə, ABŞ regionda “Amerikanın missiyasının möhkəmləndirilməsi” üçün bir yanacaq dolduran “KC-135” təyyarəsi və 6 “F-16 Eagle” qırıcısı göndərəcək. Hazırda ABŞ-ın 4 “F-15” qırıcısı Estoniya, Litva və Latviyanın hava sahəsini qoruyur.

Bundan başqa Pentaqonun Polşa Müdafiə Nazirliyi ilə məsləhətləşmələr keçirdiyi bildirilir. Polşa ərazisində hazırda ABŞ-ın 10 qırıcısı var.Böyük Britaniya isə Litvanın Şyaulyay hava bazasına hərbi təyyarələr göndərəcək.

Ekspertlər ABŞ və Böyük Britaniyanın bu addımının Rusiyanın qitələrarası raket sınağına cavab olduğunu güman edir. Qeyd edək ki, Rusiya Həştərxan vilayətinin "Kapustin yar" poliqonunda “РС-12М Topol” adlı qitələrarası raketi sınaqdan keçirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm