Binəqədidə iki küçə istifadəyə verildi
Bizi izləyin

Dünya

Binəqədidə iki küçə istifadəyə verildi

Binəqədi rayonu Biləcəri qəsəbəsinin daha iki küçəsi - Rəşid İsmayılov və Xurşidbanu Natəvan küçələri təmir olunaraq istifadəyə verilib.

“Azəryolservis” ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, küçələrin ümumi uzunluğu 670 metr, eni isə ortalama 13,5 metrdir. Burda ümumilikdə 9500 kvadrat metr sahəyə yeni asfalt-beton örtüyü döşənib.

Bundan başqa hər iki küçədə zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulub, yeni yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib. Sözügedən ərazidə təqribən 1350 paqon-metr yeni səki daşı düzülüb, səkilərdə abadlıq işləri həyata keçirilib. Bəzi ərazilərdə səkilərə tamet daşları düzülüb, bəzi yerlərdə isə səkilər asfaltlanıb.

Qeyd edək ki, bundan öncə qəsəbənin ümumi uzunluğu 4 kilometr olan 4 küçəsində analoji təmir-tikinti işləri həyata keçirilib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm