Dünya
Fransada küçəyə Yasir Ərəfatın adı verildi
Fransanın şərqindəki Seyne-sur-Mer yaşayış məskəninin küçələrindən birinə Fələstin lideri Yasir Ərəfatın adı verilib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Seyne-sur-Merin bələdiyyə məclisində bununla bağlı müzakirələr aparılıb. Bələdiyyə üzvlərindən bəziləri həmin təşəbbüsə qarşı çıxsalar da, sonda bu qərar rəsmiləşdirilib.
Sosialist Partiyasından olan bələdiyyə sədri Mark Vuillemot yazılı müraciətində Ərəfatı diqqət mərkəzində olan şəxsiyyət adlandırıb. Yaşayış məskəninin kəndlərindən birinə İsrail lideri İshaq Rabinin də adının verildiyini xatırladan Vuillemont hər iki siyasətçinin Nobel mükafatına layiq görüldüyünü xatırladıb.
Seyne-sur-Mer Fransa tarixinə bələdiyyə qərarı ilə Fransada Ərəfata ilk küçə adını verən yaşayış məskəni kimi daxil olub.
Qeyd edək ki, Yasir Ərəfat 2004-cü ildə Parisin Klamart Hərbi Hospitalında dünyasını dəyişib.
Anar Tağıyev
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO
-
İdman11:06
"Qarabağ"ın futbolçusu Fransa klubu ilə anlaşdı - FOTOFAKT