Türkiyə ukraynalılara qucaq açdı
Bizi izləyin

Dünya

Türkiyə ukraynalılara qucaq açdı

Türkiyə Ukraynada toqquşmalar nəticəsində evlərini tərk etməyə məcbur olan qaçqınları qəbul etməyə hazırdır.

ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ərdahan vilayətinə səfəri zamanı deyib.

Ərdoğan bildirib ki, Türkiyə Ukraynadan gələn 600-dən çox ailə üçün hər cür şərait yaradacaq. Lakin prezident ölkəsinin Ukraynanın hansı regionundan gələn qaçqınları qəbul edəcəyini açıqlamayıb.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama vermişdi ki, Rusiya Krım tatarları ilə bağlı verdiyi sözü yerinə yetirməyib. Rusiya Ankaraya söz vermişdi ki, tatar dili dövlət dili elan ediləcək.

Onun sözlərinə görə, Rusiya eyni zamanda söz vermişdi ki, Krım tatarları dövlət orqanlarında da təmsil olunacaq. Bu vədlər Rusiya prezidenti Vladimir Putinin ötən ilin dekabrın 1-də Ankaraya səfəri zamanı verilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm