Tarakanlar Ərdoğanın iqamətgahına hücum edib
Bizi izləyin

Dünya

Tarakanlar Ərdoğanın iqamətgahına hücum edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifətin etirazla qarşıladığı yeni prezident sarayının (Aksaray) tikintisinin səbəbini açıqlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Ərdoğan yeni sarayın tikintisini tarakanların basqını ilə izah edib.

“Mən baş nazir vəzifəsinə başlayanda iqamətgahımda tarakanlar sürünürdü. Siz ora qonaq dəvət edərdinizmi? Onlar orada tarakanları görsə və bütün dünyaya danışsa o halda nə olacaqdı? Bunun Türkiyə üçün nəticəsi ağır ola bilərdi”, - Ərdoğan ATV telekanalına müsahibəsində deyib.

Tikintisi 2011-ci ildə başlayan Aksaraydan ilk olaraq Türkiyənin baş nazirinin dəftərxanası kimi istifadə olunması nəzərdə tutulmuşdu. Lakin 2014-cü ilin avqustunda prezident seçkilərində qalib gələn Ərdoğan 1000 otaqlıq saray kompleksinin prezidentin iqamətgahı kimi istifadə olunacağını açıqlayıb.

Ötən ay isə Türkiyənin Ali Məhkəməsi yeni prezident sarayının tikintisinin qanunsuz olduğuna dair qərar verib. Bildirilib ki, saray Ankarada meşə təsərrüfatının ərazisində tikilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm