Türkiyədə qarşıdurma: 4 ölü - VİDEO
Bizi izləyin

Dünya

Türkiyədə qarşıdurma: 4 ölü - VİDEO

Türkiyənin Diyarbəkir şəhərində PKK-çılarla Hizbullah təşkilatına yaxın dərnək üzvləri arasında silahlı qarşıdurma olub.

Publika.az-ın məlumatına görə, qarşıdurma dərnək rəhbərinə qarşı həyata keçirilən sui-qəsdin ardından baş verib. Belə ki, hucum zamanı ağır yaralanan dərnək rəhbəri xəstəxanada həlak olub. Bundan sonra onun tərəfdarları küçələrə çıxaraq iğtişaşlar törədiblər. Nəticədə 4 nəfər ölüb, 4 nəfər yaralanıb.

Yaralananlardan 3-nün jurnalist olduğu deyilir. İlkin məlumatlara görə, sui-qəsd PKK tərəfdarı olan İnqilabçı Gənclik qruplaşması tərəfindən həyata keçirilib. Diyarbəkir vilayət valiliyi şəhərdə iki silahlı qrup arasında atışmanın baş verdiyini və ölənlərin bu qruplaşmalardan olduğu barədə məlumat verib. Toqquşmadan sonra şəhərdlə polis nəzarəti gücləndirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm