Rusiya Təhlükəsizlik Şurasının Krımın birləşdirilməsini müzakirə etdi
Bizi izləyin

Dünya

Rusiya Təhlükəsizlik Şurasının Krımın birləşdirilməsini müzakirə etdi

Rusiya Təhlükəsizlik Şurasının Krımın birləşdirilməsini müzakirə etdi

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının təcili toplantısını keçirib.Publika.Az –ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, prezidentin mətbuat katibi Dmitri Puskov toplantıda Krım Ali Radasının (parlament) yarımadanın Rusiyaya birləşməsi ilə bağlı qərarının müzakirə edildiyini bildirib.

Toplantıda baş nazir Dmitri Medvedev, Dövlət Dumasının sədri Sergey Narışkin, Federal Təhlükəsizlik Xidmətinin katibi Nikolay Patruşev, daxili işlər naziri Vladimir Kolokolsev, müdafiə naziri Sergey Şoyqu, xarici kəşfiyyat xidmətinin direktoru Mixail Fradkov və digər şəxslər iştirak edib.

Xəbər agentliyi bildirir ki, xarici ərazi subyektlərinin Rusiyaya birləşdirilməsinin sadələşdirilməsi haqqında qanun layihəsi gələn həftə qəbul edilə bilər.

Qeyd edək ki, sözügedən qanun layihəsinin müəllifi “Ədalətli Rusiya” Partiyasının rəhbəri Sergey Mironovdur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm