Ərdoğan Bakıda Putinlə nəyi müzakirə edib? - AÇIQLAMA
Bizi izləyin

Dünya

Ərdoğan Bakıda Putinlə nəyi müzakirə edib? - AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putinlə enerji, Suriya, Ukrayna və Krım məsələsini müzakirə etdik.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycana səfərdən ölkəsinə dönərkən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib. O, danışıqların Rusiya-Türkiyə münasibətlərinə kökləndiyini bildirib:

“Əsasən Ankara-Moskva əlaqələri üzərində dayandıq. Düşünürəm ki, enerji məsələsi ətrafındakı aparılan danışıqlar bundan sonra Türkiyənin sıxıntılarını ciddi şəkildə aradan qaldıracaq. Putinlə müzakirələr zamanı sərbəst ticarət məsələsinə də toxunduq. Krım tatarları ilə bağlı narahatlığımızı bildirdik və 1915-ci il hadisələrinin üzərində bir daha dayandıq. Dağlıq Qarabağ məsələsi ilə bağlı əlimizdən gələni edirik və bundan sonra da edəcəyik. Suriya məsələsininin ayrıca müzakirəsi oldu. Vaxtı təyin etdik və lazımi təlimatları da verdik. Xarici işlər nazirlərimiz bu məsələni diqqətdə saxlayacaqlar”.

Ərdoğan Bakıya səfəri ilə bağlı fikirlərini bölüşüb: “Azərbaycana ziyarətimizin məlum səbəbi I Avropa Oyunları idi. Çox gözəl və mükəmməl bir tədbirə şahidlik etdik. Ancaq AB ölkələrindən baş nazir və prezident statusunda qatılan Bolqarıstan və Ruminya xaric digərləri yox idi. Bunu cənab Əliyev də təsdiqlədi. Ancaq tədbir bütövlükdə möhtəşəm idi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm