Ölkə şokda: “qaradərili” qadın ağ çıxdı
Bizi izləyin

Dünya

Ölkə şokda: “qaradərili” qadın ağ çıxdı

ABŞ qaradərililərin haqlarını müdafiə edən NAACP təşkilatının rəhbəri olan qadının Avropa mənşəli ağdərili olduğu və özünü qaradərili göstərdiyi ortaya çıxıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, 37 yaşlı professor Raçel Dolezalı anası deşifrə edib.

Anası Rutanne Dolezal qızının uşaqlıq fotoşəkillərini mətbuata verib. Şərqi Waşinqton Universitetində Afrika üzrə araşdırmalar aparan Raçel Dolezal qaradərili olan bir nəfəri atası kimi təqdim etmişdi.

Raçel Dolezal isə mətbuata açıqlamasında özünü qaradərili olaraq gördüyünü söyləyib.

NAACP isə insanın etnik kimliyinin təşkilatın işi üçün bir meyar olmadığını açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm