Kim Çen İn “hər dərdə dərman” “Viagra”sını satışa çıxardı
Bizi izləyin

Dünya

Kim Çen İn “hər dərdə dərman” “Viagra”sını satışa çıxardı

Şimali Koreyanın iqtisadiyyat jurnalı olan “Foreign State”nin son sayında ölkə şirkətlərinin xaricə ixrac etmək istədiyi məhsullara yer verilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, reklam olunan məhsullardan ən diqqət çəkəni bir tərəfdən cinsi istəyi artıran, digər tərəfdən isə yuxu gətirən Şimali Koreya istehsalı “Viagra”dır.

Jurnal zehni inkişaf etdirən, cinsi gücü artıran, amma yuxuya getməyi də asanlaşdıran həbləri təqdim edib. Uşaqların da istifadə edə biləcəyi deyilən həblərin faydaları bununla da bitmir. “Viagra” həbləri konsentrasiyanı artırır və yorğunluğu almağa kömək edir.

Jurnalda reklamı edilən digər yerli məhsullar isə kürk, müxtəlif çaylar, corab, plastik borular və qanı saflaşdıran ləl-cəvahiratlardır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm