On minlərlə evsiz, küçədə gecələyənlər – ABŞ-da yoxsulların sayı artır – FOTOLAR
Bizi izləyin

Dünya

On minlərlə evsiz, küçədə gecələyənlər – ABŞ-da yoxsulların sayı artır – FOTOLAR

Mütəmadi olaraq ayrı-ayrı ölkələri insan haqlarının pozulmasında ittiham edən, bir sıra dövlətlərdə yoxsulluğun səviyyəsinin artmasından “narahat”lığını bəyan edən ABŞ-da kasıblıq və yoxsulluq son illər ərzində bir neçə dəfə artıb.

Publika.az xəbər verir ki, son statistik göstəricilərə əsasən, dünyada aclıq və səfalət içində, evsiz-eşiksiz yaşayan yoxsul ordusunun böyük qismi elə ABŞ-ın payına düşür. Bu ölkənin ən çox yoxsul və səfil yaşayan şəhərlərini təqdim edirik:

ABŞ-ın Kolorado ştatının Denver şəhəri də yoxsullar məkanı kimi ad çıxarıb. Hazırda bu şəhərdə yüzlərlə evsiz-eşiksiz var.

Qeyd edək ki, son vaxtlar burda evsiz-eşiksiz insanların rəsmi sayı gizlədilir. Amma bütün bunlara baxmayaraq, yoxsulların artdığı məlumdur. 2011-2012-ci illərdə evsiz-eşiksiz insanların sayı 411 nəfərdən 964 nəfərə (2 dəfədən də çox) qədər artıb.

ABŞ-ın digər şəhəri İndianapolis bu sarıdan daha acınacaqlı vəziyyətdədir. Hal-hazırda bu şəhərdə nə az, nə çox - 15000 evsiz-eşiksiz adam var.

Merilend ştatının Baltimor şəhərində də evsizlərin sayı minlərlədir. Bu rəqəm sonuncu dəfə açıqlananda onların sayı 4088 nəfər idi. Onların çoxu uşaqlı ailələrdir. İndi inzibati orqanlar bu problemin mərhələli şəkildə həlli istiqamətində müxtəlif sosial proqramlar həyata keçirirlər.

İllinoys ştatının Çikaqo şəhərində evsizlərin sayı 15000 nəfərdən çoxdur. Ən böyük rəqəm 2 il əvvəl qeydə alınmışdı – 16042 nəfər. Bu, 2012-ci illə müqayisədə 10 faiz artım deməkdir. Ştat rəhbərliyi evsizlərin sayının azalmasına yalnız son bir ildə nail olub.

Ölkənin paytaxtı Vaşinqtonda evsizlərin sayı bir il bundan əvvəl 6865 nəfər idisə, indi bu rəqəm daha da artıb. Artıq 2 ildir ABŞ-ın müvafiq qurumları evsiz yoxsulların sayını azaltmaq, gecələr baş verən cinayətlərin qarşısını almaq üçün yoxsullar üçün evlər tikməyə başlayıb.

Florida ştatının Tampa şəhərini “bomj”lar şəhəri adlandırmaq olar. Burada yoxsullar o qədər çoxdur ki, onlar gecə gəzintisinə çıxanların ayaqlarına dolaşırlar. Şübhəsiz ki, başqa ölkələrdə yoxsulluğun artmasından “narahat” olan ölkə rəhbərliyi də hər gün Tampa şəhərində 7419 insanın asfaltın üstündə yatdığını bilir.

Böyüklüyünə görə Kaliforniya ştatının ikinci şəhəri sayılan, 1345895 nəfər insanın yaşadığı San-Dieqo şəhərindəki evsizlərin sayı 8879 nəfərdir. Sietldə bu rəqəm 9106 nəfər təşkil edir. San-Fransiskoda küçələri özlərinə ev seçənlərin sayı 7000-10000 arasında dəyişir. Onlardan 3000 nəfəri hökumət tərəfindən qış mövsümündə müvəqqəti sığınacaqlarla təmin edilsələr də, bu, problemin birdəfəlik həlli anlamına gəlmir.

Okeanın bu tayından bizim parıltılı gördüyümüz Los-Anceles də düşündüyümüz qədər varlı, sakinləri xoşbəxt şəhər deyil. Evsizlərin sayına görə Birləşmiş Ştatların ən böyük yaşayış məskənlərindən olan Los-Ancelesdə 57737 nəfər küçədə gecələyir. Yeri gəlmişkən, bu rəqəm Nyu-Yorkda da kifayət qədər böyükdür.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm