Dünya
İsrail prezidenti Türkiyədən necə üzr istəyib? – FAKTLAR
“Obama İsrail prezidentini Türkiyədən üzr istəməyə vadar edib”.
Axar.az xəbər verir ki, bu barədə İsrailin ABŞ-dakı keçmiş səfiri Mixail Oren öz kitabında yazıb.
O, bu həftə işıq üzü görən “Müttəfiq” (Ally) kitabında Netanyahunun Ərdoğandan necə üzr istəməsindən söz açır:
“ABŞ-ın Dövlət katibi Hilari Klinton “Mavi Mərmərə” hücumundan dolayı Netanyahuya Türkiyə ilə əlaqələrin qaydaya düşməsi üçün üzr istəməyə təkid edərək bunun Obama üçün xüsusi bir məna daşıdığını bildirir. Beləliklə, Obamanın İsrailin Türkiyədən üzr istəməsi yolundakı basqıları düz 2013-cü ilin martından ta Təl-Əviv səyahətinə qədər davam edir. Axır ki, görüş baş tutur. Obama və Netanyahu üzərində telefon olan kiçik masa ətrafında əyləşdikdən sonra gözlənilən danışıq reallaşır. ABŞ prezidentinin Ərdoğana “dostum Rəcəb” deyə müraciətinin ardından Netanyahu İsrail ordusunun etdiyi səhvlər, təzminat təklifi, diplomatik əlaqələrin bərpası və savaş tipli günahlandırılmaların aradan qaldırılmasına dair bir hazır mətn oxumağa başlayır. Sonra Ərdoğan İsrailə qarşı düşmənçilik bəsləmədiklərini, üzrün qəbul edildiyini bildirir və hamı sevinir”.
-
Hadisə23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin122:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin120:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər