Mehmanxanaya silahlı hücum: 20 ölü
Bizi izləyin

Dünya

Mehmanxanaya silahlı hücum: 20 ölü

Tunisin Sus şəhərində iki silahlı “Imperial Marhaba hotel” mehmanxanasına hücum edib.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Cimərlikdə yerləşən mehmanxanaya hücum zamanı ən azı 27 nəfər öldürülüb, təxminən 20-i yaralanıb. Silahlılardan biri məhv edilib, digəri isə gizlənməyi bacarıb.

Qeyd edək ki, bu, ilin əvvəlindən Tunisdə həyata keçirilən genişmiqyaslı ikinci terror aktıdır. Martın 18-də Tunis parlamentinin binasına yaxınlaşan hərbi formalı döyüşçülər nizamsız şəkildə atəş açmağa başlayıb. Daha sonra yaxınlıqdakı muzeyə daxil olan döyüşçülər ziyarətçiləri girov götürüblər. Hücumda 17 əcnəbi daxil olmaqla 21 nəfər həlak olub. Silahlıların hamısını məhv etmək mümkün olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm