Türkiyədə sərnişin avtobusuna silahlı hücum: yaralılar var
Bizi izləyin

Dünya

Türkiyədə sərnişin avtobusuna silahlı hücum: yaralılar var

Türkiyənin Mersin vilayətində naməlum silahlı şəxslər şəhər daxili reyslə hərəkət edən avtobusa hücum ediblər. Motosikletlə ictimai nəqliyyata yaxınlaşan 2 nəfər maskalı şəxs hərəkət halında olan avtobusa tapançadan atəş açıblar.

Hadisə nəticəsində avtobusun sürücüsü boynundan və sinəsindən, 29 yaşlı bir sərnişin isə əlindən və ayağından yaralanıb. Məlumata görə, ağır xəsarət alan sürücü heç bir qəza törətmədən avtobusu yolun kənarında saxlamağa müvəffəq olub.

Yaralılar dərhal yaxınlıqda olan xəstəxanalara çatdırılıblar. Vəziyyəti ağır olan sürücünün həyatı üçün təhlükənin davam etdiyi bildirilir.

Hadisə yerinə dərhal hüquq-mühafizə orqanları cəlb olunub və faktla bağlı araşdırmalara başlanılıb. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm