Gördüyünüz bu adam milçək yeyərək sağ qaldı - FOTO
Bizi izləyin

Dünya

Gördüyünüz bu adam milçək yeyərək sağ qaldı - FOTO

Avstraliyada üç həftəyə yaxın yolunu itirən Alman turist milçək yeyərək həyatda sağ qaldığını söyləyib.

Avstraliyada üç həftəyə yaxın yolunu itirən Alman turist milçək yeyərək həyatda sağ qaldığını söyləyib.

26 yaşındakı Daniel Dudzisz 17 Fevralda Queenslandda gəzintiyə çıxarkən itmişdi. Alman turist dünən tapılıb. Polis Dudziszin sağlam və yaxşı olduğunu, əhvalının da yaxşı göründüyünü bildirib.

ABC televiziyasına danışan komissar Mark Henderson Dudziszin hətta zarafat etdiyini deyib: "Avstraliya çölündə bu qədər milçək, böcək varkən insanın əsla aclıq ya da zülal çətinliyi çəkməyəcəyini söyləyib".

Alman turist itdikdə yanında bir miqdar konserv yemək olsa da bunları yedikdən sonra uzun müddət ağcaqanad və digər uçan həşəratlar yeyərək yaşadığı aydın olub.

Dudzisz, Windorah və Jundah qəsəbələri arasında itdikdən sonra polis bölgəni vertolyotlar və dörd təkərli motorsuz polis vasitələriylə axtarmış, lakin alman turist tapılmamışdı. /Movqe.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm