Moskva Baltikyanı respublikaların müstəqilliyinin qanuniliyini yoxlayacaq
Bizi izləyin

Dünya

Moskva Baltikyanı respublikaların müstəqilliyinin qanuniliyini yoxlayacaq

Rusiya Baş prokurorluğu SSRİ Dövlət Şurası tərəfindən Baltikyanı respublikaların müstəqilliyinin tanınması ilə bağlı verilən qərarın qanuniliyini yoxlamağa başlayıb.

Publika.az xəbər verir ki, bu barədə məlumatlı mənbəyə istinadən “İnterfaks” agentliyi bildirib.

Mənbənin sözlərinə görə, idarəyə Dövlət Dumasından deputat sorğusu daxil olub. “Görünür ki, Baş prokurorluğun cavabı Krım üzrə sorğuya verilən cavabla analoji olacaq. Baltikyanı ölkələrin müstəqilliyinin tanınması haqqında qərar qeyri-konstitusiya orqan tərəfindən qəbul edilib”, - agentliyin həmsöhbəti vurğulayıb.

Qeyd edək ki, SSRİ Dövlət Şurasının 1991-ci ildə verdiyi qərarın qanunauyğunluğunun yoxlanılması xahişi ilə “Vahid Rusiya” Partiyasının deputatları Yevgeni Fyodorov və Anton Romanov müraciət ediblər.

SSRİ Dövlət Şurası 5 sentyabr 1991-ci il yaradılan müvəqqəti dövlət idarəetmə orqanıdır. Onun tərkibinə SSRİ prezidenti və müttəfiq respublikaların ən yüksək vəzifəli şəxsləri daxil idi. Dövlət Şurasının yaradılması SSRİ-nin Konstitusiyası ilə nəzərdə tutulmamışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm