Müdirin cinsi əlaqəyə məcbur etdiyi qadın rekord təzminat qazandı
Bizi izləyin

Dünya

Müdirin cinsi əlaqəyə məcbur etdiyi qadın rekord təzminat qazandı

İsveçli Hanna Bouveng işlədiyi "New York Qlobal Group" adlı şirkətin müdiri tərəfindən cinsi əlaqəyə məcbur edildiyi üçün məhkəməyə şikayət edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, patronundan 850 milyon dollar təzminat tələb edən qadın 18 milyon dollar təzminat qazanıb.

25 yaşındakı Bouveng patronu tərəfindən dörd dəfə cinsi əlaqəyə məcbur edildiyini söyləyib. Bouvengin sevgilisi olduğunu öyrənən şirkət rəhbəri onu işdən qovub. Lakin qadın keçmiş patronundan əxlaqsız mesajlar almaqda davam edib. O, yalnız bundan sonra məhkəməyə şikayət etmək qərarına gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm