“Biz Obamanı öldürməyə hazırlaşırdıq”
Bizi izləyin

Dünya

“Biz Obamanı öldürməyə hazırlaşırdıq”

Rusiya müxalifətçisi Boris Nemtsovun qətlində iştirakda ittiham edilən Anzor Qubaşev ifadə verib.

Publika.az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, Qubaşev müxalifət liderini anti-rus və anti-islam fikirlərinə görə öldürdüklərini bildirib.

Qubaşev öz təşəbbüsü ilə martın 18-də ifadə verib. O bildirib ki, Nemtsovu çoxdan izləyib. Şübhəli müxalifətçinin dövlətin şərəfini ləkələdiyini, xalqı təhrik etdiyini deyib. Qubaşevin sözlərinə görə, Nemtsovun Ukrayna münaqişəsi ilə bağlı mövqeyi onu hiddətləndirib. O qeyd edib ki, müxalifətçi Rusiyaya böhtan atırdı və Ukraynada baş verənləri burada həyata keçirmək istəyirdi. Qubaşev bildirib ki, Nemtsov Qərb, şəxsən ABŞ prezidenti Barak Obama tərəfindən maliyyələşdirilirdi.

Qubaşevin sözlərinə görə, Obama və Fransa prezidenti Fransua Ollandın Məhəmməd peyğəmbərin karikaturaların nəşrini dəstəkləməsi də onu hiddətləndirib. Şübhəli bildirib ki, hətta Obamanı güllələməyə hazırlaşıb.

“Kommersant”ın məlumatına görə, Qubaşev cinayətin detallarını açıb. O bildirib ki, qətlə hazırlıq yanvar ayında başlanıb və Nemtsovun ev ünvanını tapmaq mümkün olub. Onun sözlərinə görə, digər şübhəlilər Zaur Dadayev və Beslan Şavanovla (sonuncu aparılan əməliyyatın gedişatında öldürülüb) Nemtsovu izləyirdi.

Qubaşev qətlin sifarişli olmadığını deyib. “Bizə heç kəsin dəstəyi lazım deyildi. Onu öldürmək bizin öz hədəfimiz idi. Nemtsov öz fikirləri ilə bizi provokasiya etdi”, - o deyib.

İşin fiqurantı həmçinin vurğuladı ki, cinayətdə iştirakda peşman deyil: “Mən indi də peyğəmbəri təhqir edən istənilən adamı vurardım. Məndə belə bir imkan olsaydı, Obamanı düşünmədən güllələyərdim”.

Qeyd edək ki, Nemtsov fevralın 27-də axşam saatlarında Kreml yaxınlığında, Moskva çayı körpüsünün üzərində qətlə yetirilib. Martın 8-də Moskvanın Basman rayon məhkəməsi Boris Nemtsovun qətlində şübhəli bilinən beş nəfərin həbs olunması barədə qərar çıxarıb.

Zaur Dadayev və Anzor Qubaşevə cinayət işi üzrə ittiham irəli sürülüb. Cinayət işində əsas fiqur Çeçenistan Respublikasının Daxili İşlər Nazirliyinin daxili qoşunlarının “Şimal” batalyonun komandirinin sabiq müavini Zaur Dadayev hesab olunur. Digər üç nəfər – Qubaşevin qardaşı Şahid, Tamerlan Əskərxanov, Xamzad Baxayev və axtarışda olan Ruslan Qeremeyev hələlik şübhəli hesab olunurlar.

“Şimal” batalyonunun keçmiş qulluqçusu Ruslan Qeremeyevin Birləşmiş Ərəb Əmirliklərindən Rusiyaya qayıtdığı bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm