Dövlət başçısından hədə: “Hər bir mavinin boğazı kəsiləcək”
Bizi izləyin

Dünya

Dövlət başçısından hədə: “Hər bir mavinin boğazı kəsiləcək”

Afrikanın Qambiya ölkəsinin prezidenti Yaya Camme “mavilər”ə qarşı sərt ittihamla çıxış edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ölkə gəzintisinə çıxan prezident onları boğazlarının kəsəcəyi ilə hədələyib.

Camme deyib: “Qambiyada “maviliklə” məşğul olan insanların başını kəsəcəm. Əgər bu dövlətdə kişi kişi ilə ailə həyatı qurmaq istəsə, biz onu tutacağıq və heç kim bir daha həmin adam haqqında xəbər tutmayacaq”.

Keçən ilin noyabr ayında Camme homoseksualizmlə məşğul olan insanların ömürlük həbs edilməsi haqqında fərman verib. Qambiyada QİÇS xəstələri, lezbiyan və geylər ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunurlar.

2008-ci ildə isə dövlət başçısı gey və lezbiyanların başını kəsəcəyi ilə hədələyərək ölkəni tərk etməyə çağırıb.

Qambiyada 1996-cı ildən hakimiyyətdə olan Yaya Camme cinsi azlıqlara qarşı fəal kampaniya aparması ilə məşhurdur. Bundan əlavə, prezident 1999-cu ildən etibarən cadugərlərə qarşı da “ova” başlayıb. Çünki həmin ildə vəfat edən xalasının ölümündə Camme cadugərləri ittiham edib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm